Arsen Venger Toni Adamsdan niyə imtina etdi?

"Arsenal"ın baş məşqçisi Arsen Venger yeni köməkçisinin adını açıqlayıb.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransalı mütəxssis yeni mövsümdən Stiv Bouldun onun köməkçisi işləyəciyini bildirib.azırda "Arsenal"ın aşağı yaş qrupları üzrə məşqçi işləyən Bould bu postda Pat Raysı əvəz edəcək. 63 yaşlı Rays dizindəki xroniki problemlərlə əlaqədar olaraq komandadan ayrılmaq istədiyini açıqlayıb və bu, rəhbərlik tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, yeni köməkçi vəzifəsinə namizədlər sırasında "Arsenal"ın sabiq futbolçusu Toni Adams və Yens Lemman olsa da, Venger sonda məhz Boulda üstünlük verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31