UEFA-dan “Beşiktaş”a şok qərar

“Qara qartal” Avropakuboklarda oynamaq hüququndan məhrum edilib

UEFA Türkiyənin "Beşiktaş" klubu ilə bağlı şok qərar verib. APA-nın xəbərinə görə, "Beşiktaş" futbol komandası 1 il müddətində Avropa kuboklarında oynamaq hüququndan məhrum edilib.Qərara səbəb "Beşiktaş"ın öz futbolçularına və müxtəlif qurumlara külli miqdarda borcunun olmasıdır. Komandanın əcnəbi futbolçuları pullarını ala bilmədikləri üçün UEFA-ya şikayət ediblər. Hazırda dərin maliyyə böhranı içində olan "Beşiktaş" borclarını ödəyə bilmir.Qeyd edək ki, yaxın günlərdə UEFA-nın Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı da öz qərarını açıqlaması gözlənilir. Bu qalmaqalda adı keçən əsas klub olan "Fənərbağça"nın Avropa kuboklarında çıxış etmək hüququndan məhrum ediləcəyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31