İtaliyalı voleybolçu Türkiyədə intihar etdi
Culiya Albini özünü Mehmet Fatih körpüsündən atıb
30 May 2012 14:00 İdmanİtaliyalı qadın voleybolçu Culiya Albini Fateh Sultan Mehmet Körpüsündən özünü atıb. ANS PRESS-in "Haberler.com" saytına istinadən verdiyi məlumata görə, körpüyə avtomobillə gələn Albini avtomobili körpünün üzərində saxladıqdan sonra özünü körpüdən atıb.Polis hadisə yerində voleybolçuya məxsus kirayələnmiş avtomobil olduğunu aşkar ediblər. Voleybolçunun cəsədi isə Kandilidə balıqçılar tərəfindən tapılıb. Hadisə ilə bağlı istintaq aparılır.Meyit müayinə üçün ekpertizaya gönərilib. Bu barədə İtaliya konsulluğuna da məlumat verilib.Qeyd edək ki, Albini Fateh Mehmet körpüsündən özünü ataraq intihar edən 5-ci əcnəbidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31