“Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmağımızı istəyirəm” - Berti Foqts
Baş məşqçi Azərbaycan-Andorra matçı öncəsi fikirləri ilə bölüşüb
30 May 2012 13:13 İdmanBu gün futbol üzrə yığma komandamız növbəti yoldaşlıq oyunu çərçivəsində Anorra komandası ilə qarşılaşacaq. ANS PRESS-inməlumatına görə, Andorra yığması ilə yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts fikirləri ilə bölüşüb.Baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: "Bizim bu toplanışımız Yaponiyaya çətin səfərlə başladı. Buna baxmayaraq, biz orada oyuna qədər iki məşqə də çıxa bildik. Birinci hissədə zəif təsir bağışlasaq da, fasilədən sonra qol epizodları yaratdıq. Bütövlükdə, oyunumuzdan razı qaldım. Ağır mövsümdən sonra belə rəqiblə qarşılaşmada topladığımız təcrübəni qənaətbəxş hesab edirəm. İndi isə səbrsizliklə tibbi testlərin nəticəsini gözləyirəm. Onun nəticələrinə əsasən hər bir futbolçu ilə fərdi qaydada hazırlıaşmalı olacağıq. Onlarla xüsusi söhbətim də olacaq.Azərbaycan yığmasının üzvləri üçün motivasiya problem olmamalıdır. Fələstin yığması ilə oyundan sonra bəzi futbolçularda motivasiya çatışmazlığı ilə üzləşmişdim. Hansı rəqiblə oynamağımızdan asılı olmayaraq, qələbə qazanmağımızı istəyirəm. Meydana çıxan hər bir futbolçunun bir məqsədi olmalıdır - qələbə qazanmaq".
Qeyd edək ki,Azərbaycan-Andorra matçı Bakı vaxtı ilə 20:00-da start götürəcək.