ATXƏM-in “Qaraçala” futbol klubu çempion oldu

Klub oktyabr ayında ölkəmizi Avropa məkanında təmsil edəcək

Mayın 28-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təsis etdiyi "Qaraçala" futbol komandası Respublika günündə bütün idmansevərlərə əsl ikiqat bayram yaşatdı.
Belə ki, "Qaraçala" futbol klubu 28 may 2012-ci ildə AFFA-nın Həvəskar Futbol Federasiyasının Dalğa Arenada təşkil etdiyi həvəskarlar arasında XIV ölkə birinciliyi final oyununda Bakının "Çevik" futbol klubu ilə qarşılaşdı. 90 dəqiqə ərzində gərgin şəraitdə keçən final oyunu 1:2 hesabı ilə "Qaraçala" komandasının qələbəsi ilə yekunlaşmışdır.
Bu qələbə ilə ATXƏM-in "Qaraçala" futbol komandası həvəskarlar arasında finala çıxaraq, Avropa məkanında ölkəmizi təmsil etmək hüququ əldə etmişdir. Qeyd edək ki, "Qaraçala" futbol klubu bu ilin oktyabr ayında Avropada həvəskar liqasında oynamaq üçün artıq hazırlıqlara başlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31