Güləşçilərimiz lisenziya turniri uğrunda mübarizə aparır
20 Aprel 2012 16:12 İdmanBolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sərbəst güləş yığmamız 3 çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamızın 4 üzvü Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov Olimpiadaya vəsiqəni artıq təmin edib. Mahmud Məhəmmədov, Toğrul Əsgərov və Aslanbek Alborov isə ilk lisenziya turnirinə yollanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31