Almaniya millisinin AÇ-2012 üçün yekun heyəti açıqlandı

Futbol üzrə Almaniya yığmasının qarşıdan gələn Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, nəhayət Yoahim Löv almanların Polşa və Ukraynada keçiriləcək qitə birinciliyinə gedəcək heyətini tam müəyyənləşdirib.
O, Mesut Özil ilə birlikdə 23 nəfərlik heyətə digər türk əsilli futbolçu İlkay Gündoğanı da əlavə edib. Əvəzində Löv daha öncə heyətə dəvət etdiyi futbolçulardan Sven Bender, Yulian Draksler və Kakaudan imtina edib.
Beləliklə, Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun həmyerliləri AÇ-2012-də aşağıdakı heyətlə mübarizə aparacaqlar:
Qapıçılar: Manuel Noyer (Bayern), Tim Vize (Werder), Ron-Robert Zyeler (Hannover);
Müdafiəçilər: Holger Badştuber (Bayern), Jerom Boatenq (Bayern), Benedikt Hövedes (Schalke), Mats Hummels (Borussia, Dortmund) Filipp Lam (Bayern), Per Mertezaker (Arsenal, İngiltərə), Marsel Şmelser (Borussia, Dortmund);
Yarımmüdafiəçilər: Lars Bender (Bayer), Mario Qotse (Borussia, Dortmund), İlkay Gündoğan (Borussia, Dortmund), Sami Xedira (Real, İspaniya), Toni Kroos (Bayern), Tomas Müller (Bayern), Mesut Özil (Real, İspaniya), Lukas Podolski (Köln), Marko Reus (Borussia, Münhenqladbax), Andre Şürrle (Bayer), Bastian Şvaynştayger (Bayern);
Hücumçular: Mario Qomes (Bayern), Miroslav Kloze (Lazio, İtaliya).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31