"İnter" dörd futbolçu ilə danışıq aparır

Futbol üzrə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı "İnter" ölkəmizi təmsil edəcəyi Avropa Liqasına hazırlıq çərçivəsində heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, artıq klub Georgi Adamiya və Slavço Georgiyevskini rəsmən heyətinə qatıb.
Bundan başqa "Sumqayıt"dan Ramil Həşimzadə və AZAL-dan Tales Şützün də keçidi, demək olar ki, həll olunub və yalnız keçidlərin tam rəsmiləşməsi qalır. Həmçinin "Simurq"da icarədə olan Rüstəm Abbasov da geri qaytarılıb.Lakin paytaxt klubu Avroliqaya kimi daha dörd futbolçu ilə güclənməyi planlaşdırır. Həmin transferlər barədə tam rəsmiləşdikdən sonra açıqlama veriləcək.
Qeyd edək ki, hazırda istiharət edən "İnter" iyunun 1-də Türkiyəyə yollanacaq. İzmitdə hazırlıq keçəcək Kaxaber Sxadadzenin yetirmələri burada iki yoldaşlıq matçı da keçirəcəklər. Daha sonra isə komandanın hazırlığını Sloveniyada davam etdirməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31