Milli komandada yeni baş məşqçi
29 May 2012 12:24 İdmanFutbol üzrə Kot-d`İvuar yığması yeni baş məşqçiyə tapşırılıb. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Sabri Lamuşi çalışdıracaq.
O, bu postda Fransua Zahuini əvəzləyib. Artıq yerli federasiya Lamuşinin təyinatını rəsmən təsdiqləyib.Qeyd edək ki, Lamuşi Fransa yığmasının sabiq oyunçularındandır. 12 dəfə milli formanı geymiş 40 yaşlı gənc mütəxəssis ilk ciddi məşqçilik fəaliyyətini məhz Kot-d`İvuar yığmasının sükanı arxasında həyata keçirəcək. Onun qarşısında duran əsas vəzifə isə komandanı 2013-cü ildə CAR-da keçiriləcək Afrika Millətlər Kubokuna və DÇ-2014-ə çıxarmaqdır.
Kot-d`İvuar indiyə qədər bir dəfə Afrika Millətlər Kubokunun qalibi olub. Bu uğuruna 1992-ci ildə Seneqalda imza atan Didye Droqbanın həmyerliləri DÇ-2006 və DÇ-2010-a vəsiqə qazansalar da, qrupda qalmışdılar.