Fatih Kavlak: "Futbol hər yerdə futboldur"

"Ən azı daha bir il "Qəbələ"də qalmağı düşünürəm. Bu komandanın imkanları olduqca yüksəkdir".  Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Fatih Kavlak deyib.Türkiyəli mütəxəssis dünyanın məşhur idman portallarından olan "Goal.com"a açıqlamasında uzun illər Azərbaycanda qalmaq istədiyini bildirib:"Heç bir türk klubundan təklif almamışam. Ancaq futbol hər yerdə futboldur. Azərbaycanda çox xoşbəxtəm. Burada uzun illər qalmaq istəyirəm".Qeyd edək ki, Fatih Kavlak ölkəsində "Kocaelispor", "Malatyaspor", "Trabzonspor" və "Gənclərbirliyi" kimi klublarda köməkçi məşçi vəzifəsində çalışıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31