Avro-2012 dövründə daha bir qadağa

Ukraynda ərazisində nüvə materiallarının daşınması müvəqqəti qadağan ediləcək.Qadağa futbol üzrə 2012-ci il Avropa çempionatının final mərhələsinin keçiriləcəyi dövrdə (iyunun 8-dən iyulun 1-dək) qüvvədə olacaq. Bu barədə Trend cümə günü Rusiya KİV-ə istinadən məlumat verir.Müvafiq qərarı Dövlət Nüvə Tənzimlənməsi Müfəttişliyi qəbul edib. Bu strukturun rəhbəri Yelena Mikolayçuk deyib ki, Avro-2012-nin başlamasına 1 il qalmış "Enerqoatom" və Ukraynanın xarici tərəfdaşlarına daşımaların dayandırılması haqqında xəbərdarlıq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31