Türkiyə yığması Gürcüstanı darmadağın elədi
25 May 2012 13:33 İdmanFutbol üzrə Türkiyə yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qardaş ölkə təmsilçisi digər qonşumuz olan Gürcüstan millisi ilə üz-üzə gəlib.Rəqibini doğma meydanda qəbul edən "ay-ulduzlular" gözlənildiyi kimi qələbə qazanıblar. Abdullah Avcının komandası rəqib qapısından üç qol keçirməyə nail olub. Timur Ketsbayanın yetirmələri isə buraxılan qollardan yalnız birinin əvəzini çıxa biliblər.
Yoldaşlıq oyunu
24 may
Türkiyə - Gürcüstan - 3:1
Qollar: Hamit Altıntop, 12, Nuri Şahin, 39, Selçuk İnan, 82 - David Tarqamadze, 51.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31