Raul Avropadan gedir
“Ailəmlə daha çox vaxt keçirməyim lazımdır”
20 Aprel 2012 13:46 İdmanİspaniya millisinin keçmiş hücumçusu və "Real"ın rekordçusu Raul Qonsales mövsümün sonunda "Şalke"ni tərk edəcəyini və karyerasını Avropadan kənarda davam etdirəcəyini bəyan edib. 16 il "Real"ın formasını geydikdən sonra Raul "Şalke"yə keçib və orada iki uğurlu mövsüm keçirib. O, Bundesliqadakı 64 oyund 27 qol vurub və ötən il Almaniya kubokunu qazanıb. Mövsümün sonunda isə 34 yaşlı ispaniyalı yeni zirvələr fəth etməyə yollanacaq.
"Belə qərar asan verilməyib. Amma mən uzun müddət düşündüm. Gələcəyim Avropadan kənardadır. Bundesliqada oynamağa hələ gücüm var. Amma ailəmlə daha çox vaxt keçirməyim lazımdır", - Raul keçirdiyi mətbuat konfransında bildirib."Çox təəssüf. Amma hərbi halda mən onun qərarına hörmət edirəm. Raulun qarşısında yalnız şlyapamı çıxara bilərəm", - "Şalke"nin baş məşqçisi Xuub Stevens ulduz futbolçunun qərarına münasibət bildirərkən deyib.