Yaponiya - Azərbaycan oyunu bitdi VIDEO
24 May 2012 13:40 İdmanBu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, komandamız DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində Yaponiya ilə yoxlama matçına çıxıb.Qeyd edək ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız indiyə qədər Yaponiya ilə heç vaxt qarşılaşmamışdı. Belə ki, sözügedən komandalar ilk dəfə üz-üzə gəlirdilər. Millimizi doğma meydanda qəbul edən yaponlar iki cavabsız qolla qalib gəldilər.
Yoxlama oyunu
23 may
YAPONİYA - AZƏRBAYCAN - 2:0 (1:0)
Qollar: Kaqava, 42 (1:0), A.Nəbiyev 58 (2:0)
Hakimlər: Əbdül Malik Əbdülbəşir, Cefri Goh Gek Peng, Yeu Mung Tang (Sinqapur), Minoru Tojo (Yaponiya).
Şizuoka. "Ekopa" stadionu.
YAPONİYA: Eydzi Kaqava, Açudo Uçida, Yuto Naqatomo, Masakiho İnoka, Yuzo Kurihara, Makoto Hasebe (k), Hacime Hosoqay, Şinzi Okazaki, Keysuke Honda, Şinzi Kaqava, Takayuki Morimoto.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Aqil Nəbiyev, 4. Mahir Şükürov (k), 5. Elnur Allahverdiyev, 7. Cihan Özkara, 8. Aleksandr Çertoqanov, 11. Rauf Əliyev, 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 20. Ufuk Budak, 27. Əli Gökdəmir.
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
Gözlənildiyi kimi, oyuna ilk dəqiqələrdən yaponlar nəzarət edirlər
2. Kaqava cərimə meydançasında uzun ötürməni qəbul edib qapıya zərbə endirsə də, top hədəfdən yan keçir
5. Görüşdə ilk küncdən zərbəni yaponlar yerinə yetirirlər: komandamız topu uzaqlaşdırır
6. Komandamızın ilk hücumu zamanı Çertoqanovun zərbəsi qapının üstündən keçir
10. Yaponiya yığması oyuna tam nəzarət edən tərəfdi
11. Yaponların təhlükəli hücumu zamanı Okazakinin qapıya göndərmək istədiyi top Kamranda qalır
17. Morimoto hesabı açsa da, onun ofsayddan fərqləndiyi məlum olur
18. Komandamız cərimə zərbəsi yerinə yetirir: rəqib müdafiəsi topu uzaqlaşdırır
19. Kaqavanın təhlükəli zərbəsi qapıdan azca yan keçir
22. Meydan sahibləri növbəti korneri yerinə yetirirlər: Kamran topu uzaqlaşdırsa da, ardından cərimə meydançamızda qarışıqlıq zamanı çox təhlükəli vəziyyət yaranır
24. Hondanın qüvvətli cərimə zəbəsi zamanı Kamran və qapı çatı komandamızı qoldan xilas edir
25. Yaponların iki künc zərbəsi yenə təhlükəli, amma nəticəsiz qaır
30. Meydan sahiblərinin növbəti korner vuruşu zamanı Kamran topa sahib çıxır
37. Zədələnən Morimoto yerini Yuiçi Mayedeyə verir
40. Uçidanın uzaqdan zərbəsi qapıdan aralı keçir
42. Kamran yaponların daha bir kornerini vaxtında uzaqlaşdıra bilir
42. Kaqava Hasebenin əla ötürməsini effektli zərbə ilə tora qovuşdurur - 1:0
44. Hondanın qapıya zərbəsi alınmır
45. Komandamızın çox təhlükəli hücumu zamanı Özkaranın ötürməsini Ufuk az qala tora qovuşduracaqdı. Son anda qapıçı topu kornerə çıxardı
45+1. Yığmamızın ilk korneri zamanı sonda qapıya uzaqdan zərbə endirilsə də, top hədəfdən yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Hasebeni Sakai əvəzləyir
47. Cihan hesabı bərabərləşdirməyə yaxın olsa da, bir neçə metrdən qapıya dəqiq zərbə vura bilmir
49. Aqilə tibbi yardım göstərilir
51. Komandamızın cərimə zərbəsi uğursuz nəticələnir
55. Mahirin qapı qarşısına ötürməsinə Cihan dəqiq baş zərbəsi endirə bilmir
58. Yaponların iki ardıcıl təhlükəli hücumu zamanı bəxtimiz gətrir
58. Amma topu uzaqlaşdırmamış yaponlar yeni hücum qururlar və Aqil avtoqola imza atır - 2:0
60. Kamran Hondanın baş zərbəsini dəf etməyi bacarır
62. Kaqava yerini Miyaiçiyə verir
64. Okazakinin üçüncü qolu vurmasına son anda Kamran mane olur
65. Yığmamızın heyətində Maksimin əvəzində meydana Vüqar Nadirov çıxır
71. R.Abışovun əvəzində meydana Rahid Əmirquliyev çıxır
73. Miyaiçinin zərbəsini Kamran qaytara bilir
74. Hondanı Nakamura əvəzləyir
80. R.Əliyev Branimir Subaşiçlə əvəzlənir
81. Komandamızın hücumu zamanı rəqib qapıçı topa sahib çıxır
83. Mahirin qapı qarşısına göndərdiyi cərimə zərbəsi dirəkdən dönür. Halbuki, Aqil topa azca toxuna bilsəyi fərqi azalda bilərdik
85. Komandamız fəalığı artırıb, təhlükəli hücumlar qurur. Lakin bunlar nəticəsizdi
86. Nakamuranın qola sevinməsinə son anda Kamran mane olur
90. Millimiz korneri uğursuz yerinə yetirir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı