Avropa Liqasının püşkatmasına "Bakı"dan kim gedəcək?

"Bakı"nın Avropa Liqasının yeni mövsümünün ilk püşkatmasında kimin təmsil edəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA-nın İsveçrədə - Nyon şəhərində təşkil edəcəyi tədbirdə "zolaqlılar" klubun baş meneceri Zeynal Məmmədovla təmsil olunacaqlar.Paytaxt klubunda belə hesab edirlər ki, Məmmədov püşkatmaya qatılsa, o zaman "Bakı"ya münasib rəqib düşəcək.Maraq üçün qeyd edək ki, sözügedən püşkatma mərasimi iyunun 25-də keçiriləcək. "Bakı" Avropa Liqasına Azərbaycan kubokunun qalibi kimi qatılmaq hüququ qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31