İtaliyada mövsümün ən yaxşı futbolçusu kimdir?
24 May 2012 13:37 İdmanİtaliyada mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb.Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, "Yuventus" klubunun yarımmüdafiəçisi Andre Pirlo səsvermədə bütün rəqiblərini qabaqlayıb.Mövsümün əvvəlində "Milan"dan "Yuventus"a transfer olunan Pirlo komandasının çempionluğunda böyük pay sahibi olub. 33 yaşlı futbolçu mövsüm ərzində əsasən məhsuldar ötürmələri ilə yadda qalıb. Məhz bu keyfiyyəti Pirlonu siyahıda birinci edib.Qeyd edək ki, cari mövsüm "Yuventus"un heyətində 37 oyuna çıxan Pirlo cəmi 3 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31