Türkiyə Superkuboku Bakıda keçirilə bilər
23 May 2012 13:55 İdmanTürkiyə Futbol Federasiyası "Qalatasaray" və "Fənərbağça" klublarına Super Kubok matçının Bakıda keçirilməsini təklif edib. Lent.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, təklifə "Fənərbağça" klubundan müsbət reaksiya gəlib."Sarı-lacivərdlilər" Azərbaycan paytaxtını uğurlu şəhər kimi dəyərləndiriblər. "Sarı-qırmızılar" da bu varianta mənfi yanaşmayıblar. Bu səbəbdən, Super Kubok matçının böyük ehtimalla Bakıda olacağı bildirilir.Qeyd edək ki, "Qalatasaray" Türkiyə çempionu, "Fənərbağça" isə ölkə kubokunun qalibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31