Gəncəli idmançılar şəhərə medallarla dönüblər
20 Aprel 2012 12:41 İdmanTəhsil Respublika İdman Mərkəzinin Gəncə filialının yetirmələri beynəlxalq yarışlardan şəhərimizə medallarla dönüblər. Bu münasibətlə mərkəzdə idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.Mİlli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, mərkəzin cüdo bölməsinin idmançıları nəticə qazanıblar. Məşqçi Qaya Xəlilovun yetirməsi, 55 kq çəki dərəcəsində çıxış edən İlkin Babazadə Ukraynanın Kiyev şəhərində düzənlənən Avropa kubokunda gümüş, Astara Olimpiya İdman Kompleksində Həzi Aslanovun xatirəsinə həsr olunan 35-ci beynəlxalq turnirdə isə 90 kq-da güləşən Məhəmməd Məhərrəmov qızıl medala sahib olub.Bölmənin üzvləri ilə görüşdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Xəyal Hacıyev əldə olunan nailiyyətdən razı qaldığını dilə gətirib. Nəticəni yüksək dəyərləndirən mərkəz rəhbəri uğurların davamlı olmasını arzulamaqla cüdoçulardan gələcəkdə daha böyük müvəffəqiyyətlər gözlədiyini deyib.Məşqçilərin də əməyini qiymətləndirən Xəyal Hacıyev qazanılan nəticələrdə mütəxəssislərin də rolunu önə çəkib. Görüşün sonunda mərkəz rəhbərliyi adından mükafat qazanan idmançılara hədiyyələr təqdim olunub.Qarşıdakı aylarda idman ocağının yetirmələri daha bir neçə yarışda iştirak edəcəklər. Qeyd edək ki, Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında bu kimi tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Belə ki, hər dəfə dünya və Avropa çempionatlarından eləcə də beynəlxalq turnirlərdən medalla qayıdan idmançılarla bu cür görüşlər keçirilir.