Mourinyo “Real”la yeni müqavilə imzaladı

Dünyanın ən tanınmış və istedadlı futbol məşqçilərindən olan portuqaliyalı Joze Mourinyo Madridin "Real" klubu ilə olan müqaviləsinin müddətini 2016-cı ilədək artırıb.Lent.az-ın "htspor"a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi ilə aparılan danışıqlardan sonra baş məşqçi İspaniya paytaxtında qalmağa qərar verib. Onun klubdakı məvacibinin məbləği isə açıqlanmır.Qeyd edək ki, Joze Mourinyo "Real"a 2010-cu ildə gəlib. O ilk mövsümdə komandaya İspaniya Kral Kubokunu qazandırıb. Bu mövsüm isə "Qalatikos" 100 xal toplayaraq İspaniya çempionu olub və Çempionlar Liqasının yarımfinal mərhələsinədək irəliləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31