"Arsenal"ın ulduz futbolçusu üçün mövsüm başa çatdı

İngiltərənin "Arsenal" klubu Premyer Liqanın növbəti turu çərçivəsində "Çelsi" ilə oyunöncəsi ciddi itki ilə üzləşib.
Qol.Az-ın "The Guardian"a istindən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Mikel Arteta zədələnərək sıradan çıxıb.Ayağından zədələnən ispaniyalı futbolçunun artıq mövsümü bitirdiyi bildirilir. "Arsenal"ın baş məşqçisi Arsen Venger də Artetanın hazırkı durumunun çox ciddi olduğunu açıqlayıb.Qeyd edək ki, Vengerin "Çelsi" ilə oyunda Artetanın əvəzinə Aron Ramseyə şans verəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31