Roberto Mançini Milanda yaxalandı: "İbrahimoviç üçün..."

Cari mövsüm İngiltərə Premyer Liqasının qalibi olan "Mançester Siti" klubunun baş məşqçisi Roberto Mançini "Milan"ın vitse-prezidenti Adriano Qalliani ilə görüşüb.Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Mançininin Milana komandanın hücumçusu Zlatan İbrahimoviçin transferi ilə bağlı gəldiyi iddia olunurdu.Lakin xəbəri təkzib edən italiyalı mütəxəssis bu haqda belə deyib: "Buraya İbrahimoviç üçün gəlmədim. "Milan"ın azarkeşləri rahat ola bilərlər".Qeyd edək ki, 2010-cu ildən "Milan"da çıxış edən İbrahimoviç bu mövsüm 34 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31