Torresdən "Çelsi" azarkeşlərini şok edəcək açıqlama
22 May 2012 14:24 İdman"Çelsi" klubunun hücumçusu Fernando Torres gələcək karyerası haqda danışıb.Qol.Az-ın məlumatına görə, AS-a danışan ispaniyalı forvard artıq özünü "Çelsi"yə aid hiss etmədiyini bildirib:"Çempionlar Liqasının finalında "Bavariya" ilə görüşdə ehtiyat skamyada oturmağım məni çox üzdü. Bu, karyeramın ən böyük uğursuzluğu ola bilər. Ancaq ruhdan düşmürəm və mövsümü çempion kimi başa vurduğum üçün çox sevincliyəm. Bununla belə, növbəti mövsümü ehtiyatda keçirmək istəmirəm. Ona görə də artıq özümü bu komandaya aid hiss etmirəm".Qeyd edək ki, ötən mövsüm "Çelsi"yə transfer olunan 28 yaşlı futbolçu keçirdiyi 46 oyunda cəmi 7 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31