Türk futbolçu əməlli-başlı qalmaqal yaratdı
22 May 2012 14:24 İdmanAlmaniya futbolunda növbəti qalmaqal baş verib.Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dördüncü liqada yarışan Dortmund "Borussiya"sının ikinci komandasının səfərdə "Rot Veiss Essen"ə 4:0 hesabıyla qalib gəldiyi oyundan sonra baş verib.Məlum olub ki, "Rot Veiss Essen"in türk futbolçusu Güngör Kaya, Dirk Jasmund və Kevin Lemann bu oyunda rəqib komanda "Borussiya"nın qələbəsinə pul qoyuluşu ediblər."Borussiya-2" bu qələbə sayəsində birinci yeri tutataq üçüncü liqaya vəsiqə qazanıb. Dortmundlulardan cəmi bir xal geri qalan "Sportfreunde Lotte" klubu pul qoyuluşu şikayəti ilə ölkə futbol federasiyasına müraciət edib. Bundan sonra araşdırma aparan federasiya adları çəkilən üç futbolçunun öz komandalarının əleyhinə pul qoyuluşu etdiyini üzə çıxarıb. Bu səbəbdən sözügedən oyunçular Almaniya Futbol İttifaqının bayrağı altında keçirilən bütün yarışlarda çıxış etməkdən ömürlük məhrum ediliblər.