Bakı-2020 nümayəndə heyəti Kanadaya gedib

Bakı-2020 yüksək səviyyəli nümayəndə heyəti mayın 23-də Kanadanın Kvebek şəhərində dünya idman ictimaiyyəti və digər rəsmilərin iştirakı ilə keçiriləcək SportAccord beynəlxalq idman toplantısına yola düşüb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Beynəlxalq Olimpiya Komitəsi 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə hansı şəhərlərin rəsmi namizəd seçilməsini elan edəcək. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə  Baş Nazirin birinci müavini, Bakı-2020 Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31