"Yuventus" Van Persidən imtina etdi

Son İtaliya çempionu "Yuventus" klubu "Arsenal"ın hücumçusu Robin Van Persinin transferindən imtina edib.Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi bunu hollandiyalı futbolçunun transfer qiymətinin yüksək olması ilə əlaqələndirib. Yeni mövsümdən Çempionlar Liqasında çıxış edəcək "Yuventus" Van Persinin əvəzinə "Napoli"nin forvardı Edinson Kavanini transfer etməyi planlaşdırır. "Yuventus"un Van Persidən imtina etməsi isə daha çox "Mançester Siti"yə sərf edir. "Şəhərlilər" 28 yaşlı futbolçunu transfer etmək istəsələr də, Van Persi "Arsenal"da qalacağını bildirib.
Qeyd edək ki, Van Persi bu mövsüm vurduğu 30 qolla Premyer Liqanın bombardiri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31