Gənclər və İdman Nazirliyinin yeni şöbə müdiri təsdiqlənib
21 May 2012 13:16 İdmanTrend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Hacıyeva İndira Niyazi qızı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri təyin olunub.
Hökumətin qərarında həmçinin Hacıyev Fərhad Məcid oğlu Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təsdiq olunub.Xatırladaq ki, əvvəl Fərhad Hacıyev nazirliyin Gənclərlə iş şöbəsinin müdiri, İndira Hacıyeva isə Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri vəzifələrində çalışıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31