“Fənərbaxça”nın prezidenti seçildi
21 May 2012 12:33 İdmanİstanbulun "Fənərbaxça" klubunda prezident seçkiləri başa çatıb."Qafqazinfo"nun verdiyi xəbərə görə, adı danışılmış oyunlarda hallandığına görə hazırda həbsxanada olan Aziz Yıldırım yenidən klub prezidenti seçilib.Seçkidə yeganə namizəd olan Yıldırım 5271 səsdən 5269-nu toplayıb. Bu göstərici rekord hesab edilib. Beləliklə, o, növbəti 3 il ərzində postunda qalacaq.
Qeyd edək ki, 59 yaşlı Aziz Yıldırım 1998-ci ildən etibarən "Fənərbaxça" prezidentidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31