Boksçularımızın İrəvan səfərinin təfərrüatları VIDEO

Ermənistanda 7 boksçumuzdan 4-ü mübarizəni davam etdirir

Ermənistanda boks üzrə gənclər arasında Dünya Çempionatı davam edir. Mundialın 4-cü günü ilkin mərhələni uğurla adlamiş 2 boksçumuz nəyə qadir olduğunu göstərib. Daha 2 idmançımız isə bu gün rinqə çıxacaq.
91 kq çəki dərəcəsində yarışan Rahil Məmmədli 2-ci döyüşündə venesuellalı Flores Alfonsoya qalib gəlib. Bokçsumuz 3 raundun nəticəsinə görə, 13-6 hesablı qələbə qazanıb. Rahil 1/8 final mərhələsində ingiltərəli Daniel Uilyamsla yarışacaq. Ağırlığı 52 kq-dək olan Tural Əhmədov isə 2-ci döyüşündə mavrikiyalı Donovan Geriyə göz açmağa imkan vermiyib, 18-4. Bu gün Tural 1/4 finala vəsiqə uğrunda hindistanlı Dxeracla döyüşəcək.
Daha 2 boksçumuz bu gün İrəvan rinqində 2-ci döyüşünə çıxacaq. 64 kq çəki dərəcəsində yumruq oynadan Pərviz Bağırov Almaniya boksçusu Marsel Rene Orsingeri rinqdən qovmalıdır. Çəkisi 75 kqdək olan Orxan Mailli isə Venesuela boksçusu Nalek Barerani məğlub etməlidir.
Xatırladaq ki, 55 ölkədən ümumilikdə 620 boksçunun mübarizə apardığı Dünya Çempionatında Azərbaycan 7 boksçu ilə təmsil olunur. 56, 69 və 81 kq çəki dərəcələrində yarışan boksçularımız Nəsrəddin Məmmədov, Saqi Salehli və Rauf Rəhimov mundialdaki çıxışlarını dayandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31