Sərbəst güləşçilər Mahaçqalada 3 bürünc qazandı

Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Turnirdə çıxış edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri yarışı 3 bürünc medalla başa vurublar.
Baş məşqçi Saypulla Absaidovun başçılığı altında mübarizə aparan yığma üzvlərindən Əhmədnəbi Qvarzatilov (60 kq), Hacı Əlicanov (96 kq) və Əli İsayev (120 kq) uğurla çıxış edib. Hər üç təmsilçimiz turniri bürünc medalla başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31