Nardaran qayalığında açıq birincilik keçiriləcək

Dekabrın 2-də Azərbaycan Alpinizm Federasiyası (AAF) Amburan mayakının yanındakı (Nardaran) qayalıqda xilasetmə işləri elementləri daxil olmaqla, dağ texnikası üzrə açıq  birincilik keçirəcək. AAF mətbuat xidmətindən "OLAYLAR"a  verilən məlumata görə, yarışlar dağ turizm və alpinizm idmanının inkşafı və təbliğatı çərçivəsində keçirilir.Yarışın məqsədi, idmançıların ustalıq səviyyəsini yüksəltmək, dağların fəthi və turist yürüşlərində təhlükəsizliyin artırılması, həmçinin güclü komandaları üzə çıxarmaq, dağ turizmi və alpinizm üzrə yığma komandanın komplektləşdirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31