UEFA-dan “Fənərbağça”ya şad xəbər
1 Dekabr 2012 00:12 İdmanUEFA Türkiyənin "Fənərbağça" və "Eskişehirspor" klublarına Avropa kuboklarında iştirak müqabilində gəlirlərinə qoyulan qadağanı aradan qaldırıb. Lent.az-ın məlumatına görə, Avropa futbol qurumu sentyabrda Maliyyə "Fair Play"i çərçivəsində 23 komandaya qarşı araşdırmalara başlamışdı.
Nəticədə həmin klubların UEFA-dan gəlirləri müvəqqəti dondurulmuşdu. Onların arasında Türkiyənin bu iki təmsilçisi də var idi. UEFA klublara borclarla bağlı ətraflı məlumat vermələri üçün sentyabrın 30-dək müddət təyin etmişdi. İndi isə qurum 23 klubdakı vəziyyəti yenidən dəyərləndirərək, "Fənərbağça" və "Eskişehirspor"un da aralarında olduğu 16 kluba qarşı qadağanı götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31