Messi, Ronaldo yoxsa İnyesta?
"Qızıl top"a iddialı futbolçuların adları açıqlanıb
30 Noyabr 2012 19:21 İdman2012-ci ilin nəticələrinə görə, futbol dünyasının presijli mükafatlarından olan "Qızıl top"a iddialı 3 namizəd futbolçunun adı açıqlanıb. ANS PRESS-in məlumatına görə, FİFA-nın mükafatına namizədlər: "Barselona"nın oyunçuları Lionel Messi və Andres İnyesta, eləcə də "Real"ın futbolçusu Kriştiano Ronaldodur.
Bundan əlavə FİFA ilin məşqçisinə də namizədlərin adlarını açıqlayıb. Mükafat uğrunda "Real"dan Joze Mourinyo, İspaniya yığmasının çalışdırıcısı Visente Del Boske və "Barcelona"nın keçmiş məşqçisi Xosep Qvardiola mübarizə aparacaq.
Mükafatın sahibinə 2013-cü il yanvarın 7-də Sürixdə təqdim ediləcək. Səsvermə baş məşqçilər, dünya yığmalarının kapitanları, eləcə də böyük idman nəşrlərinin jurnalistlərinin sorğuları əsasında aparılır.
Qeyd edək ki, "Qızıl top" "France Football" jurnalı tərəfindən 1956-cı ildə təsis edilib. 2010-cu ildə bu mükafat FİFA-nın ilin ən yaxşı oyunçusu mükafatı ilə birləşdirilib.