AFFA Ermənistanla bağlı FİFA və UEFA-ya etiraz etdi

Dağlıq Qarabağın separatçı rejiminin futbol yığması Abxaziya yığması ilə yoldaşlıq oyunu keçirib

Dağlıq Qarabağın separatçı rejiminin futbol yığması Abxaziya yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Xankəndidə baş tutan görüş ermənilərin qələbəsi ilə başa çatıb - 3:0.
Bu məsələ Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, AFFA dərhal sözügedən oyuna etiraz əlaməti olaraq FİFA və UEFA-ya müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, Qarabağ Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal olunub. Bu üzdən də Dağlıq Qarabağın separatçı rejiminin belə bir oyun keçirməyə heç bir hüququ yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31