Qvardiolanın çalışdıracağı yeni klubun adı məlum oldu

Baş məşqçisi "Mançester Siti"də çalışacaq

"Barselona" klubunun sabiq baş məşqçisi Xosep Qvardiolanın çalışacağı yeni klub məlum olub. ANS PRESS-in məlumatına görə, baş məşqçinin agenti hazırki İngiltərə çempionundan müştərisinə təklif gəldiyini bildirib.
"Qvardiola bununla bağlı ilkin razılığını verib. Bundan sonra ona "Milan"dan təklif gəlib-gəlməyəcəyi önəmli deyil", - deyə Xosep Qvardiola bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Xosep Qvardiola Braziliya Futbol Federasiyasının bu ölkənin yığmasını çalışdırmaq təklifindən imtina etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31