Ağacan Əbiyev: “Mən orada heç bir “ÇP” görmədim”

"Azərbaycan boksçularının Ermənistanda  məğlub olmasında heç bir problem yoxdur. Hələ qarşıda ciddi yarışlar var". Bunu deyən Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev  bildirib ki, gənclər üzrə yığmamızın güclü boksçuları bu gün yarışa çıxacaqlar. Ağacan Əbiyev yığmamız Azərbaycan bayrağı ilə meydana çıxarkən tamaşaçıların fışqırıq çalmasına da münasibət bildirib: "Hər yerdə fışqırıq çalırlar. Bu da problem deyil. Mən orada heç bir "ÇP" görmədim. Bu yarış beynəlxalq təşkilat tərəfindən keçirilir. Ona görə heç bir ölkə buna başqa cür baxa bilməz. Əks halda həmin ölkə beynəlxalq federasiya tərəfindən sanksiya alacaq. Əminəm ki, idmançılarımız orada Azərbaycan bayrağını qaldırmağa nail olacaqlar".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31