Azərbaycan Kubokunun bombardiri müəyyənləşdi
18 May 2012 13:30 İdmanAzərbaycan Kubokunun 2011/12 mövsümündə qapılara 58 qol vurulub. Azerisport.az xəbər verir ki, yarımçıq qaldığı üçün texniki nəticə qeydə alınan "İnter" - "Turan" matçı nəzərə alınmamaqla baş tutan 25 oyunda orta məhsuldarlıq 2,32 qol olub.Bu 58 qolu 47 futbolçu vurub. Yalnız "Bakı"nın futbolçusu Xavyer Junior Vilson cari mövsümün kubok oyunlarında 3 qol vurmağı bacarıb. "Neftçi" ilə final oyununda vurduğu qol onu turnirin ən məhsuldar futbolçusu edib. Kubokun bombardiri hərəyə 2 qol vuran 9 futbolçunu finaldakı uğuru sayəsində arxada qoyub.1-dən artıq qol vuran 10 futbolçudan başqa, daha 37 oyunçu hərəyə 1 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Junior bunadək AZAL-la 1/4 final mərhələsinin cavab oyununda fərqlənmişdi. O, həmin oyunda 2 qol vurmuşdu.
yer futbolçu klubu Qol(penalti) oyun
1 Junior Xavyer Vilson Bakı 3 6
2 Röyal Nəcəfov Şuşa 2 1
3 Fair Əmirquliyev Şahdağ 2 2
4 Rendall Brenes Xəzər Lənkəran 2 2
5 Ceyhun Sultanov Kəpəz 2 3
6 Yuri Fomenko Kəpəz 2 3
7 Katalin Doman Xəzər Lənkəran 2 3
8 Bahodir Nasimov Neftçi 2 5
9 Kontreras Pardo Sergio Bakı 2 5
10 Serj Cehua Qəbələ 2 (1) 1