Azərbaycanlı futbolçu "Yuventus"a keçir
18 May 2012 13:29 İdmanİtaliyanın "Juventus" klubu azərbaycanlı qapıçının xidmətində maraqlıdır. Azerisport.az xəbər verir ki, Turin təmsilçisinin aşağı yaş qrupundan olan komandasının məşqçiləri 9 yaşlı həmyerlimiz Eldar Tağızadəni bəyəniblər.Özü də "Qoca sinyora"nın azarkeşi olan Eldar bu il valideynləri ilə birgə artıq bir dəfə Turində olub. "Juventus"un məşqçiləri onu baxışa dəvət ediblər və Tağızadə iyul ayında yenidən İtaliya klubunun bazasına yollanacaq. Baxışdan uğurla keçəcəyi halda həmyerlimiz Turin klubunun aşağı yaş qruplarından ibarət komandalarının birinə cəlb olunacaq.Maraq üçün qeyd edək ki, Tağızadə 9 yaşı olmasına rəğmən, hazırda 144 sm boya malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31