Dünyanın ən çox qazanan məşqçiləri - SİYAHI

Siyahıda 20 futbol mütəxəssisinin adı var

Dünyanın ən çox qazanan futbol məşqçilərinin siyahısı hazırlanıb. Konsaltinq şirkətlərindən birinin hazırladığı siyahıda ilk pilləni Madridin "Real" kulubunun baş məşqçisi Joze Mourinyo tutub.Portuqaliyalı məşqçinin əmək haqqı ildə 15,3 milyon avrodur. Üçlükdə 10 mln avro ilə PSJ klubunun çalışdırıcısı Karlo Ançelotti və "Quançjou"nun baş məşqçisi Marçello Lippi də yer alıb.

Ən çox qazanan məşqçilərin ilk onluğu isə belədir.
4. Aleks Ferqyuson ("Mançestr Yunayted" 9,4)
5. Arsen Venqer ("Arsenal", 9,3)
6. Qus Hiddink ("Anji", 8,3)
7. Fabio Kapello (Rusiya yığması, 7,8)
8. Tito Vilanova ("Barselona", 7)
9. Xose Antonio Kamaço (Çin yığması, 5,9)
10. Roberto Mançini ("Mançestr Siti", 5,9).

Qeyd edək ki, siyahıda 20 məşqçinin adı var. Sonuncu pillədə Sankt-Peterburqun "Zenit" klubunun məşqçisi Luçano Spallettidir. Onun əmək haqqı ildə 3,3 milyon avrodur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31