Boksçularımız dünya çempionatına erməni rəqiblə döyüşlə başlayır

Bu gün rinqə Nəsrəddin Məmmədov çıxacaq

İrəvanda boks üzrə gənclər arasında dünya çempionatının püşkatması keçirilib. ANS PRESS-in məlumatına görə, dünya birinciliyində iştirak edən boksçularımızın rəqibləri məlum olub.Azərbaycan üçün düyna çempionatı Nəsrəddin Məmmədovun erməni Taron Soqomonyanla döyüşü ilə başlayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 14.00-da başlayacaq. Nəsrəddin Məmmədov bu gün rinqə çıxacaq yeganə təmsilçimizdir.

52 kq. 1/32 final

Tural Əhmədov - Donovan Cerri (Mavrikiy)

56 kq. 1/32 final

Nəsrəddin Məmmədov - Taron Soqomonyan (Ermənistan)

64 kq. 1/16 final

Pərviz Bağırov - Hindistan və Yaponiya bokçuları arasında qarşılaşmanın qalibi

69 kq. 1/16 final

Saqi Salehli - Artyom Solovyov (Ukrayna)

75 kq. 1/16 final

Orxan Mayılı - Avstraliya və Tacikistan boksçuları arasında qarşılaşmanın qalibi

81 kq. 1/16 final

Rauf Rəhmov - Aleksandr Dokvadze (Gürcüstan)

91 kq. 1/16 final

Rahil Məmmədli - Sahret Delqado Muriel (Puerto-Riko)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31