Füzuli Musayevdən açıqlama gəldi
28 Noyabr 2012 19:38 İdman"Mən öz vəzifəmdən getməmişəm. Bu barədə məlumatlar doğru deyil". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse- prezidenti Füzuli Musayev deyib.O, daha sonra əlavə edib ki, bu barədə məlumatlar neçə vaxtdır ki, şayiə kimi yayılır: "Guya deyirlər ki, taekvando üzrə milli komandamız son olimpiya oyunlarında medal gətirmədiyinə görə federasiyamızın prezidenti cənab Kəmallədin Heydərov məni vəzifədən uzaqlaşdırıb. Bu əsla həqiqətə uyğun deyil. Mən yenə də öz vəzifəm də çalışıram" .Daha sonra F. Musayev Fövqəladə Hallar Nazirliyinin nəznində yeni "İdman və sağlamlıq" klubu açıldığını və özünün də həmin klubda rəis vəzifəsində çalışdığını söyləyib: "İki ay bundan qabaq mənim nazirimiz Kəmallədin Heydərovla görüşüm olub. Həmin görüşdə mən özündə bir neçə idman növlərini birləşdirən klub açmağı təklif etmişəm, hörmətli nazirimiz də bunu razılıqla qarşılayıb" .Artıq Azərbaycan idmanına yalnız taekvando ilə xidmət etmək istəmədiyini bildirən 1-ci vitse- prezident boks, cüdo, güləş və başqa idman növlərində yetişəcək idmançılarla ölkəmizi təmsil etmək istədiyini deyib.