Azad Rəhimov: “Dağlıq Qarabağda Azərbaycan – Ermənistan görüşünün keçirilməsini dəstəkləyirəm”

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov Dağlıq Qarabağda Azərbaycan və Ermənistan şahmatçıları arasında görüşün keçirilməsi təklifi irəli sürüb. Lent.az-ın məlumatına görə, İllümjinov Bakıda keçirdiyi mətbuat konfransında bu məsələyə bir daha aydınlıq gətirib.

FİDE-nin devizinin "Biz bir ailəyik" adlandığını xatırladan qurum rəhbəri bir neçə il öncə uşaqlar arasında turnirlər, festivallar keçirmək ideyasını irəli sürdüklərini bildirib. O, Fələstin və Moldova prezidentləri ilə görüşündə iki ölkə üçün mübahisəli ərazilərdə - Qəzza və Dnestryanı bölgələrdə uşaqlar arasında turnir keçirilməsini müzakirə edib. İllümjinovun sözlərinə görə, təklifə cavab müsbət olub. Analoji turnirin Dağlıq Qarabağda da təşkilinin mümkünlüyünü deyən İllümjinova Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun reaksiyası belə olub: "Mən bu ideyanı dəstəkləyirəm. Əgər Azərbaycanın bu turnir Dağlıq Qarabağ Muxtar Respublikasında keçirilsə, iştirak edə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31