Hiddink məşqçi karyerasını bitirir
28 Noyabr 2012 19:06 İdmanRusiyanın "Anji" futbol komandasının baş məşqçisi Qus Hiddink karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Lent.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis "De Telegraaf"a açıqlamasında 2012-2013-cü il mövsümünün ardından bir daha baş məşqçi olmayacağını deyib.
Hətta "Anji" Çempionlar Liqasına qatılsa belə, o, fikrini dəyişməyəcəyini söyləyib. Lakin Hiddink futboldan birdəfəlik getməyəcək. Hollandiyalı mütəxəssis məsləhətçi və ya gənclərdən ibarət komandada məşqçi kimi çalışa bilər.
Qeyd edək ki, Qus Hiddink "Anji"yə fevralda baş məşqçi təyin olunub. Onunla müqavilə 2012-2013-cü il mövsümünün sonunda başa çatacaq. Daha öncə Türkiyə yığmasının sükanı arxasında uğursuzluğa düçar olmuş Hiddink Rusiya çempionatında ən ödənişli baş məşqçi sayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31