Bakıda dənizin içində möhtəşəm akademiya tikiləcək –
28 Noyabr 2012 11:42 İdmanYaxın illərdə Bakıda möhtəşəm Şahmat Akademiyasının inşası planlaşdırılır. Lent.az-ın məlumatına görə, akademiya Dənizkənarı Bulvar ərazisində, dənizin içinə doğru atılmış körpülər üzərində tikiləcək. Akademiya qeyri-adi görünüşdə olacaq və dünyanın nadir tikinti incilərindən biri olacaq.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov qurumun 83-cü konqresindəki hesabat xarakterli çıxışında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Şahmat Akademiyasının paytaxtın ən görkəmli yerlərindən birində inşasına dair razılıq əldə olunub.
Lent.az akademiyanın bəzi layihə fotolarını təqdim edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31