Dünya çempionu zəhərləndi
Boksçu Vladimir Kliçko həkimə müraciət emək məcburiyyətində qalıb
27 Noyabr 2012 18:57 İdmanSuperağıq çəkidə dünya çempionu, məşhur boksçu Vladimir Kliçko zəhərlənib. ANS PRESS-in məlumatına görə, boksçu Almaniyanın paytaxtı Berlin şəhərində restoranlardan birində nahar etdikdən sonra həkimə müraciət etməyə məcbur olub.
Naharda olan hər beş nəfər həkimə müraciət edib. Onların toyuq salatından zəhərləndikləri ehtimal edilir.
Vladimir Kliçko da daxil olmaqla zəhərlənənlərin səhhətlərinin qənaətbəxş olduğu bildirilir. Kliçko qardaşlarının meneceri Bernd Bent restoran rəhbərliyinin üzr istədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31