AFFA baş məşqçini 5 oyunluq cəzalandırdı
27 Noyabr 2012 19:39 İdmanBu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
"Qarabağ" - "Turan" matçında "Turan"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL - "Sumqayıt" matçında "Sumqayıt"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Bakı" - "Neftçi" matçında "Neftçi"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 87-ci dəqiqəsində "Bakı"nın futbolçusu Novruz Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
"Rəvan" - "Qəbələ" matçının 44-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Rəşad Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır, klubu 2000 manat cərimə olunub.
Oyunun 70-ci dəqiqəsində "Rəvan"ın futbolçusu Ekrem Hodziç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Kəpəz" - "Xəzər Lənkəran" matçının 79-cu dəqiqəsində "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub. Matçın 80-ci dəqiqəsində "Kəpəz"in azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. "Kəpəz" klubuna ev oyunları zamanı təhlükəsizlik tədbirlərini gücləndirmək tövsiyyə olunub. Analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Oyun başa çatdıqdan sonra "Xəzər Lənkəran"ın futbolçusu Kamal Bayramov azarkeşləri təhqir etdiyi üçün 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.