Braziliya yığması üçün seçim - Skolari, yoxsa Qvardiola?
27 Noyabr 2012 19:36 İdmanMilli.Az Sports-a istinadən xəbər verir ki, Braziliyanın Futbol Konfederasiyasının keçmiş prezidenti Andres Sançes Braziliya yığmasına baş məşqçi kimi əsas namizədin Luis Felipe Skolari olduğunu bəyan edib.
Skolari "Qremio", "Kruzeyro" və "Sportinq" klubundan və Qətər Futbol Federasiyasından imtina edib və adı Braziliya yığmasını hazırlamaqda hallanır.
Qeyd edək ki, 64 yaşlı mütəxəssisin son çalışdığı yer "Palmeyras" idi və bu mövsüm klub aşağı diviziona düşüb.
Əlavə edək ki, Braziliyanın yeni futbol federasiyasının prezidenti Joze Mariya Marin qeyd edib ki, yığmada xarici məşqçi olmayacaq. Bu sözü ilə o, Qvardiola "məsələsi"nin üstündən xətt çəkdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31