Şirvan komandası çempion oldu
26 Noyabr 2012 16:27 İdman13-17 noyabr tarixində Şirvan şəhərində 1999-2000-ci il təvəllüdlü futbolçular arasında "Təhsil" Respublika İdman Mərkəzinin ölkə birinciliyi uğrunda yarış keçirilib. Qələbə uğrunda 4 zona üzrə finala çıxmış 12 şəhər və rayon uşaq gənclər idman məktəbinin komandaları mübarizə aparıblar. Final yarışı isə 4 qrup üzrə keçirilib. Gərgin idman mübarizəsindən sonra Şirvan şəhər komandası rəqiblərinə qalib gələrək çempion olub. Sonrakı yerləri müvafiq olaraq Oğuz və Salyan komandaları bölüşüblər. Qalib komanda "Təhsil" Respublika İdman Mərkəzinin kubok və mükafatlarına layiq görülüb. Ən texnikalı oyun nümayiş etdirən futbolçilar isə Şirvan şəhər təhsil şəbəsi tərəfindən mükafatlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31