Kriştianu Ronaldo: "Fergüsonla qayıtmağım barədə..."

Madridin "Real" klubunun hücumçusu Kriştiano Ronaldo İngiltərənin "Mançester Yunayted" komandasına qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "Sky Sports"a müsahibəsində o, Çempionar Liqasında ötən həftə "Real"-"Mançester Siti" oyunundan öncə "Mançester Yunayted"in baş məşqçisi Aleks Fergüsonla görüşdüyünü təsdiqləyib.
"Fergüson bizim qaldığımız otelə gəlmişdi. Onunla yenidən görüşmək xoş idi. Görüşümüz zamanı "Mançester Yunayted"dəki çıxışlarımı yada saldıq, "Real"dakı işlərim barədə söhbət etdik. Amma "Mançester Yunayted"ə qayıtmağım barədə söhbətimiz olmadı. Biz sadəcə köhnə dostlar kimi danışdıq. O mənə, mən də ona uğur arzuladım", - deyə Ronaldo qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31