Boksçularımız bu gün Ermənistanda olacaq

İrəvanda boks üzrə gənclər arasında dünya çempionatı start götürür

Noyabrın 28-də Ermənistanın paytaxtı İrəvan şəhərində boks üzrə gənclər arasında dünya çempionatı start götürəcək. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün başda Ermənistan boks federasiyanın prezidenti Arman Muradyan olmaqlə təşkilatçılar mətbuat konfransı keçiriblər. Mətbuat konfransında Azərbaycan komandasının bu gün İrəvana gələcəyi bildirilib: "Biz Azərbaycan yığmasına hər bir şəraiti yaradacağıq. Onlar təhlükəsiz şəraitdə yarışda iştirak edəcəklər". Ancaq ermənilərin nə dərəcədə sözlərinin üstündə duracaqlarının yarışın gedişatı zamanı şahidi olacağıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31