"Barselona" şok itki ilə üzləşdi
17 May 2012 16:28 İdmanKarles Puyolun ardından "Barselona" klubunun daha bir müdafiəçisi ciddi zədə alıb.Qol.Az-ın məlumatına görə, komandanın son məşqlərindən birində zədə alan Dani Alveş əməliyyat olunacaq. Braziliyalı futbolçunun bu səbəbdən ən azı 8 həftə futboldan kənarda qalacağı bildirilir.Bu isə o deməkdir ki, Alveş mayın 26-da "Atletik"ə qarşı keçiriləcək İspaniya Kubokunun finalını buraxmalı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31